- Baxış sayı: 20
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 139
- Noyabr 28, 2024
- 0
“Keşlə” Azərbaycan çempionatlarında 550-ci qolu buraxıb. Allsport.az xəbər verir ki, bu qolu premyer liqanın XIX turunda “Neftçi”nin futbolçusu Namiq Ələsgərov vurub.
1:3 hesabı ilə uduzan “Keşlə”nin buraxdığı son top yubiley qolu olub. Bu, 1999/2000 mövsümündən ölkə çempionatında “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komandanın 584-cü görüşünə təsadüf edib. Bakılılar hər oyunda orta hesabla 0,94 qol buraxıb. Bu toplardan 215-i evdə, 335-i səfərdə buraxılıb.
“Keşlə” Azərbaycan çempionatlarında 550 və daha çox qol buraxan 5-ci komandadır. Yalnız “Turan” (690), “Kəpəz” (654), “Neftçi” (637) və “Qarabağ” (634) daha çox qol buraxıb.
Paytaxt təmsilçisi ilk qolu 1999-cu il oktyabrın 29-da “Şəfa” ilə ev matçında (0:1) buraxıb. Bu qolu Emin İmaməliyev vurub.