- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadınlar voleybolçuların Türkiyə 1-ci liqasında 15-ci turun oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin çıxış etdikləri komandalar bu tur uğursuzluqla yadda qalıblar.
Yana Kulanın şərəfini qoruduğu “Çanaqqala Bələdiyyə” öz meydanında “Əczaçıbaşı”ya yenilib – 1:3 (28:30, 23:25, 25:15, 14:25). Yığmamızın ən hündürboylu oyunçusu bu görüşdə 9 xal toplayıb.
Kseniya Qoçigidin (Poznyak) komandası “Beşikdaş” səfərdə “Xalqbank”a uduzub – 1:3 (25:17, 11:25, 11:15, 22:25). Həmyerlimiz “ağ-qaralar”a 10 xal qazandırıb.
Geridə qalan 15 turdan sonra “Çanaqqala Bld.” 27 xalla 5-ci, “Beşidtaş” 19 xalla 8-ci yerdədir.