- Baxış sayı: 39
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Çelsi”nin futbolçusu Koul Palmer İngiltərə premyer liqasının XXV turunda “Vulverhempton”a qarşı keçirilən oyunda (3:1) tarixi uğurlara imza atıb.
Allsport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi matçın ilk hissəsində het-trik edərək eyni anda iki rekordu yeniləyib.
O, premyer liqa tarixində üç fərqli oyunda fasiləyədək het-trik edən ilk futbolçu olub. Eyni zamanda, bu, Palmerin “Çelsi” heyətində çempionatdakı 4-cü het-triki kimi tarixə düşüb. Bununla da o, klubun əfsanələri Frenk Lempard, Didye Droqba və Cimmi Floyd Hasselbaynkı (hər biri 3 het-trik) geridə qoyaraq mütləq liderliyə yüksəlib.
İngiltərəli vinger bu nailiyyətləri “zadəganlar”ın heyətində keçirdiyi 100-cü yubiley oyununda qazanıb.