- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ” – “Mölde” oyunu öncəsi qarşı tərəfin mətbuatı komandalarının imkanlarını müzakirə edir. Allsport.az saytı xəbər verir ki, RB televizya proqramının qonağı karyerasına 1993-cü ildə bu klubda başlayan və 666 dəfə klubunun şərəfini qoruyan Daniel Berq Helstad “ağ-mavilər”in çempionlar liqası fürsətini dəyərləndirib. O, yerli jurnalistlərə “Qarabağ” haqqında suala cavabında, payızda ÇL-nin qrupunda oynayacaqlarına əminliyini söyləyib.
Futbol mütəxəssisi nə 3-cü təsnifat mərhələsində rəqibi “köhlən atlar”, nə də bu cütlüyün pley-offda “Mölde” qarşısında şanslarının olmadığını deyib. Bu il qrupda çıxış etməyin maliyyə durumlarını da düzəldə biləcəklərini qeyd edən Berq, klubunun bunu bacaracağına inanır.
Xatırladaq ki, Norveç millisinin unudulmaz yarımmüdafiəçisi “Mölde”nin 20 il formasın geyinib. 2017-ci ildən etibarən komandanın 19 yaşlılara məşqçilik edən Daniel 3 il də Niderland liqasında çıxış edib.
Mansur DADAŞ, İsveç