- Baxış sayı: 21
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qəbələ” indiyədək keçirdiyi oyunlarda 78 penalti zərbəsi yerinə yetirib. Allsport.az xəbər verir ki, premyer liqa, 1-ci divizion, ölkə kuboku və Avropa liqasında oynamış “qırmızı-qaralar” bu turnirlərdəki 546 matçda 61 dəfə 11 metrlik nöqtədən qol vurub.
Komandanın bu qarşılaşmalarda vurulan penaltilərdəki dəqiqlik faizi 78-ə bərabərdir. Digər 22 faizi təşkil edən 17 zərbə isə qolla nəticələnməyib.
“Qəbələ”nin penaltilər üzrə rekordçusu Cavid Hüseynovdur. O, 13 dəfə 11 metrlik nöqtədən qapını nişan alıb. Bunlardan 12-si dəqiq olub. 8 belə imkan əldə edən Kənan Kərimovla 5 penalti yerinə yetirən Leonardo da Silva hərəyə 1 dəfə imkandan yararlanmayıb.
Ümumilikdə, 31 oyunçu penalti zərbəsi vurub. 100 faizlik nəticə göstərənlər arasında Filip Ozobiç, Aleksey Qay və Deon Barton daha çox – hərəyə 4 penaltini qola çevirib. Rəşad Yusubovla Ruslan Qurbanovun 3 belə qolu var. Bu ilin qışında “qırmızı-qaralar”a qoşulan Nikolas Raysel isə artıq 2 dəfə penaltidən fərqlənib.