- Baxış sayı: 49
- 19 Dekabr 2025 19:38
- Baxış sayı: 90
- Dekabr 19, 2025
- 0

AzAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyinin durumuna tam aydınlıq gəlib. Allsport.az xəbər verir ki, “Bakı” ilə Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilmiş oyunun ilk hissəsində ayağından zədələnən nigeriyalı xavbek 2 həftə oynamayacaq.
Onun sol bud əzələsinin ön hissəsində qismi yırtıq aşkarlanıb. Bu səbədən İqbekoyi Azərbaycan Kubokunun “Neftçi”ilə cavab 1/4 final qarşılaşmasında və Premyer Liqanın 26-cı turunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək görüşdə meydana çıxa bilməyəcək.
Hazırda reabilitasiya ilə məşğul olan Viktor terapiya müalicəsi alır.