- Baxış sayı: 27
- 01 Aprel 2026 13:21
- Baxış sayı: 805
- Mart 30, 2026
- 0

Premyer liqanın 3-cü turu “Səbail”in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib.
Yubiley “Sumqayıt”la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Urfan indiyədək “Qəbələ” və “Səbail”in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.
Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.