- Baxış sayı: 39
- 14 Mart 2025 23:40
- Baxış sayı: 45
- Mart 14, 2025
- 0
Roman Abramoviçin böyük qızı Anna 1992-ci ildə anadan olub.
Allsport.az xəbər verir ki, o, Londondakı nüfuzlu özəl məktəbdə təhsil alıb və ora helikopterlə gedirdi. 18 yaşında rusiyalı biznesmenin oğlu, vəkil Nikolay Lazarevlə evlənsə də, bu evlilik uzun sürməyib və cütlük ayrılıb.
Məktəbi bitirdikdən sonra Anna ABŞ-a köçüb və Kolumbiya universitetinin fəlsəfə fakültəsinə qəbul olub, oranı uğurla bitirib. Təhsil aldığı müddətdə amerikalı televiziya aparıcısı Kalum Best ilə münasibətdə olub. Lakin bu əlaqə də uzun çəkməyib.
Hazırda Anna Londonda yaşayır və şəxsi həyatını gizli saxlayaraq ictimai diqqətdən yayınmağa çalışır. Keçən il barmağında nişan üzüyü ilə görüntülənib, lakin nişanlısının kimliyi hələ də məlum deyil.