- Baxış sayı: 40
- 18 Dekabr 2024 18:37
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub.
Allsport.az xəbər verir ki, bu gün yüksək liqanın IV turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib.
İlk olaraq GİN-in voleybol mərkəzində meydana “Abşeron” və “Azərreyl” klubları çıxıblar. Gərgin keçən bu görüşdə “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Növbəti oyun Gəncə idman sarayında baş tutub. Bu matçda meydan sahibi “Gəncə” klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib.
Turun və ilin son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.
Yüksək liqa (qadınlar)
IV tur
“Gəncə” – UNEC 3:0 (25:8, 25:7, 25:11)
“Abşeron” – “Azərreyl” 3:1 (18:25, 25:21, 25:17, 25:16)
“Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” 3:1 (25:20, 23:25, 25:21, 25:19)