Açılış oyununda “Sərhədçi” sevindi

Azərbaycan basketbol liqasında XIII tura start verilib. Allsport.az xəbər verir ki, açılış oyununda “Sərhədçi PİK” və “Sabah” qarşılaşıblar.

Sərhədçi idman mərkəzində keçirilən görüş meydan sahiblərinin 81-68 hesablı qələbəsi ilə başa çatıb. Ən məhsuldar basketbolçular “Sərhədçi PİK”dən Endar Poladxanlı (23 xal, 7 ribaund), “Sabah”dan isə Udun Osaku (19 xal, 15 ribaund) olublar.

Qeyd edək ki, turun digər oyunlarında “Gəncə” NTD-ni, “Neftçi İK” “Zirvə Astara”nı, “Olimpik Şəki” isə “AAAF Xırdalan”ı sınağa çəkəcək. Görüşlər yanvarın 12-si, 14-ü və 15-də oynanılacaq.

Həmin kateqoriyadan