Yokiç NBA tarixinə keçdi

Yokiç NBA tarixinə keçdi

“Denver Naqqets”in mərkəz oyunçusu Nikola Yokiç rekorda imza atıb.

Allsport.az xəbər verir ki, o, buna “Klippers”lə NBA oyununda nail olub.

Görüş “Naqqets”in 130-116 hesablı qələbəsi ilə başa çatıb. Yokic 34 dəqiqəlik çıxışında 55 xal, 12 ribaund, 6 məhsuldar ötürmə, 1 topalma və 1 blok edib. 30 yaşlı serbiyalı ilk dörddəbirdə 25 xal topladı ki, bu da NBA tarixində mərkəz oyunçusu üçün rekorddur.

Əvvəlki rekord 2017-ci ildə ilk dörddəbirdə 24 xal toplayan Entoni Devisə məxsus idi.

Həmin kateqoriyadan