- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kin Azərbaycan yığmasının baş məşqçisi ola bilər. Allsport.az “The Sun” nəşrinə istinadla xəbər verir ki, irlandiyalı mütəxəssislə danışıq aparılır.
AFFA yığmanı millətlər liqasının oyunları üçün 48 yaşlı mütəxəssisə tapşırmaq fikrinə düşüb. Xəbərdə şərtlərin cəlbedici olduğu bildirilir. Kinin 48 saat ərzində cavab verməli olduğu qeyd edilib.
Kin baş məşqçiliyə 2006-cı ildə “Sanderlend”i çalışdırmaqla başlayıb. O, 2009-2011-ci illərdə “İpsviç” klubunu çalışdırıb. Veteran futbolçu İrlandiya millisində, “Aston Villa” və “Nottingem Forest” klublarında köməkçi məşqçi olub. Kin 2019-cu ildən televiziyada ekspert çalışır.