AFFA 2 futbolçunu siqaret çəkdikləri üçün millidən uzaqlaşdırdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) yığmanın heyətindən kənarlaşdırılıb.

Allsport.az xəbər verir ki, hər iki futbolçu nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA məlumat göndərib.

Həmin kateqoriyadan