- Baxış sayı: 0
- 29 Noyabr 2024 19:41
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Apellyasiya arbitraj tribunalı klubların şikayətinə baxıb. Allsport.az saytı xəbər verir ki, “Keşlə”, “Neftçi” və “Kəpəz”in şikayəti ilə bağlı qərar açıqlayıb.
“Qırmızılar” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin dekabrın 1-dəki qərarı ilə premyer liqanın 11-ci turunda “Sabah”la ev matçında “Keşlə”nin müdafiəçisi İlkin Qırtımovun ikinci sarı vərəqəni aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalandırılması və klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
Apellyasiya arbitraj tribunalı “Neftçi” və “Kəpəz” komandalarının apellyasiya şikayətini isə qismən təmin edib.
1-ci divizionun 7-ci turunda “Qaradağ Lökbatan”la matçın 81-ci dəqiqəsində “Neftçi-2″nin futbolçusu Famil Camalovun “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırıldığı oyun sayı ikiyə endirilib. Klubun 320 manat cərimə olunması qərarı isə qüvvədə qalıb.
İntizam komitəsinin eyni tarixli qərarı ilə 7-ci turun “Turan Tovuz”la oyununda Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin cəzalandırıldığı oyun sayı beşdən ikiyə endirilməklə, mütəxəssis qalan oyunlarda şərti olaraq cəzadan azad edilib. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.