- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda premyer liqanın 7-ci turu ilə bağlı qərarlar verilib:
“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün, klub 800 manat cərimə olunub.
“Sabah” – “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
“Zirə” – “Qarabağ” oyununda “köhlət atlar”dan Rahil Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.