- Baxış sayı: 8
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 56
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “Səbail” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə 2-nci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Sumqayıt” – “Neftçi” matçında “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.