- Baxış sayı: 10
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin iclası olub. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 22-ci turunda qayda pozuntuları ilə bağlı qərarlar verilib. Komitə “Sabah” klubuna xəbərdarlıq edib.
Buna paytaxt təmsilçisinin evdə “Zirə” ilə görüşündə hakimlər otağının internetlə təmin edə bilməməsi səbəb olub. Həmçinin klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün, 800 manat cərimələnib.