AFFA-da 2-ci Vətən müharibəsi iştirakçısı ilə görüş

Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan 2-ci Vətən müharibəsinin iştirakçısı – AFFA-nın kütləvi futbol departamentinin əməkdaşı Orxan Mikayıllı ilə bu gün qurumun inzibati binasında görüş olub.

Allsport.az saytı xəbər verir ki, icraçı vitse-prezident Elxan Məmmədov toplantı zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib, Qarabağ savaşının in bütün iştirakçılarına ölkəmizin futbol ailəsi adından təşəkkürünü bildirib, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması münasibətilə onu bir daha təbrik edib.

Həmin kateqoriyadan