- Baxış sayı: 30
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

Bu gün AFFA-nın inzibati binasında regional futbol federasiyalarının əməkdaşları üçün seminar keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb, regional federasiyaların fəaliyyətinin futbolun inkişafı və kütləviliyinin artmasında vacib rol oynadığını qeyd edib.
Sonra AFFA-nın müxtəlif departament və şöbələrinin əməkdaşları tərəfindən iştirakçılara assosiasiyanın müxtəlif istiqamətlər üzrə fəaliyyəti barədə ətraflı məlumat verilib.