AFFA daha 10 nəfəri futboldan “sildi”

AFFA danışılmış oyunlara görə növbəti cəzaları açıqlayıb.

Allsport.az xəbər verir ki, I divizionda çıxış edən “Neftçi-2”, MOİK  və “Binə”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
 
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Qaradağ Lökbatan” (I Divizion)
1. Məmmədrzayev Tural – futbolçu

MOİK (I Divizion)
1. Həsənov Orxan – futbolçu
2. Ağakərimzadə Yamin – futbolçu
3. Yaqubzadə Raul – futbolçu

“Forza Neftçi” (Futzal, I Liqa)
1. Məmmədov Elmir – məşqçi

“Keşlə”
1. Babayev Mehman  – məşqçi
2. Səfərov Asəf – klub rəsmisi

Qeyd: Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.

Aşağıda adları qeyd olunmuş şəxslər hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

1. Elmin Çobanov
2. Natiq Səhrətov
3. Emin Cəfərquliyev

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin apellyasiya arbitraj tribunalına müraciət etmək hüququ var.

Həmin kateqoriyadan