AFFA-dan 3 futzalçıya 1 illik cəza

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra bu qərarlar qəbul olunub:

Futzal üzrə yüksək liqanın “Araz” – “Xəzər Cənub” matçının 25-ci dəqiqəsində “Xəzər Cənub”un oyunçusu Hamid Raşidi rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb. Oyunun 48-ci dəqiqəsində “Xəzər Cənub”un oyunçusu Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı – qırmızı vərəqə aldığına üçün 1 oyun cəzalanıb.

Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Xəzər Cənub”un futzalçısı Raşid Qalapur, Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə, 12 ay müddətinə cəzalandırılıb. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Oyundan sonra hakimi təhqir etdiyinə görə “Xəzər Cənub”un 24 nömrəli futzalçısı Hamid Raşidi 3 oyun cəzalanıb.

Həmin kateqoriyadan