- Baxış sayı: 14
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 60
- Noyabr 28, 2024
- 0
Azərbaycan millisinin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələsində meydana çıxan Emin Mahmudovun futbol köynəyində onun soyadı ilə bağlı böyük yanlışlığa yol verilib.
Allsport.az saytı xəbər verir ki, onun soyadı “MAKHMUDIV” qeyd olunub. Bu isə, idman ictimaiyyəti tərəfindən ciddi tənqidlərlə qarşılanmışdı. AFFA sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun “Facebook” səhifəsində yayılan açıqlamada bunlar qeyd olunub:
“AÇ-2020-nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilmiş Xorvatiya – Azərbaycan oyununda 72-ci dəqiqədə meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olub. AFFA rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib”.