AFFA həmkarlar ittifaqı Sumqayıtda da yarandı

AFFA həmkarlar ittifaqı çevrəsini genişləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, İmişli, Masallı, Lənkəran və Şirvanın ardından növbəti yerli təşkilat Sumqayıtda yaradılıb.

“Gənclər şəhərin”in futbol ictimaiyyəti ilə daha böyük miqyasda görüş keçirməyi planlaşdıran qurumun təsis toplantısına 30-a yaxın şəxs qatılıb. Yerli təşkilatın yaradılmasının zəruriliyi qeyd edilib və üzvlər arasında yetkinliklə razılıq ifadə olunub.

Rəhbər Nazim Süleymanovun da iştirak etdiyi toplantıda iclasın sədri və katibi seçilib. Sədr Zahir Həsənov, katib isə İsabala Əliyev olub. AFFA həmkarlar ittifaqının nizamnaməsi yerli təşkilat tərəfindən qəbul edilib. Sumqayıt şəhər futbol ictimaiyyətinin yerli həmkarlar təşkilatının birliyin tərkibinə daxil olması və xidmətə götürülməsi haqqında məsələyə baxılıb və müsbət rəy verilib.

Həmin kateqoriyadan