AFFA italiyalı məşqçiyə təklif göndərib

“Roma”nın sabiq baş məşqçisi Eusebio Di Françesko Azərbaycan millisini çalışdıra bilər. Allsport.az “Fotospor”a istinadən xəbər verir ki, növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirən Türkiyənin “Fənərbağça” klubunun namizədlər siyahısında italiyalı mütəxəssisin adı var.

İstanbul təmsilçisinin Di Françeskoya hələ təklif yollamadığı qeyd edilib. Xəbərdə AFFA-nın 50 yaşlı çalışdırıcıya təklif göndərdiyi vurğulanıb.

Di Françesko 2017-2019-cu illərdə “Roma”nın baş məşqçisi olub. Onun son iş yeri İtaliyanın digər təmsilçisi “Sampdoriya” olub.

Həmin kateqoriyadan