AFFA klublara top payladı

AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində premyer liqada çıxış edən hər bir kluba və PFL-ə 50 ədəd top (cəmi 450) verilib.

Allsport.az xəbər verir ki, anlaşmaya uyğun olaraq, klubların hər biri və PFL üçün nəzərdə tutulmuş “Nike” şirkətinin istehsalı olan toplar dövrələrarası fasiləsi zamanı onlara təqdim olunub.

Mövsümün startı ərəfəsində də hər biri kluba və PFL-ə 50 ədəd top (cəmi 450 ədəd) verilib.

Həmin kateqoriyadan