- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

AFFA Azərbaycan U-17 millisinin iki üzvünü İspaniyaya təcrübə keçməyə göndərib.
Allsport.az xəbər verir ki, federasiya rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət millinin iki üzvünü – Rauf Rüstəmlini (“Qəbələ”) və Musa Musazadəni (“Qarabağ”) İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” futbol akademiyasına göndərib.
Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.