AFFA “Neftçi” ilə “Qəbələ”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ” və “Neftçi” klubları arasında keçirilmiş cavab oyunu ilə bağlı da qərar çıxarılıb. Qərarda qeyd olunur:

Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Qəbələ” – “Neftçi” matçında hər 2 komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunub.

Oyunun 113-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Həmin kateqoriyadan