AFFA “Neftçi”ni 3200 manat cərimələyib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: 

“Neftçi” – “Zirə” matçında “ağ-qaralar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

Oyunun 90-cı dəqiqəsində “qartallar”ın futbolçusu İlkin Muradov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. 

Oyun başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. 

Matçın 2-ci hissəsi “Neftçi”nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunub. 

Matç başa çatdıqdan sonra flaqmanın mühafizəçiləri meydana daxil olduqlarına görə, kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, daha ciddi cəza tətbiq olunacaq.

Həmin kateqoriyadan