AFFA-nın maliyyə hesabatı

AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı açıqlanıb. Allsport.az xəbər verir ki, assosiasiyanın gəliri 29 milyon 948 min 618 manat təşkil edib.

Bu məbləğin 11 milyon 964 min 760 manatı SOCAR-ın, 9 milyon 262 min 957 manatı UEFA-nın, 3 milyon 853 min 836 manatı “A” MYK-nın yayım hüquq gəlirinin, 2 milyon 787 min 590 manatı FİFA-nın, 1 milyon 170 min 577 manatı Bakcell MMC-nin, 566 min 593 manatı digər gəlirlərin, 122 min 165 manatı Procter & Gamble MMC-nin, 118 min PAŞA sığortanın və 102 min 140 manatı UNİCEF-in payına düşür.

Ötən ilin mayında Bakı olimpiya stadionunda “Çelsi” və “Arsenal” arasında keçirilmiş Avropa liqasının final matçının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitlər:

Futzal federasiyası – 473 min 200 manat
Futbol veteranları ittifaqı – 183 min 384 manat
Regional futbol federasiyası – 221 min 490 manat
Uşaq və gənclər federasiyası – 255 min manat
Çimərlik futbol federasiyası – 96 min 326 manat
Əlillər futbol Federasiyası – 49 min 670 mnat
Peşəkar futbol liqası – 204 min manat
İctimai futbol federasiyası – 16 min 300 manat
Tələbə futbol federasiyası – 51 min 500 manat
Sahə futbol federasiyası – 7 min 500 manat
Qarabağ əlil föyüşçülər federasiyası – 22 min 500 manat
İsgəndər Cavadov Bakı futbol akademiyası – 26 min 550 manat

Toplam: 1 milyon 607 min 420 manat

AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzlərinin saxlanılmasına ayrılan vəsaitlər:

“Bayıl” stadionu və akademiyası – 455 min 244 manat
“Dalğa arena” – 577 min 316 manat
Bakı olimpiya stadionu – 304 min manat
Təlim-məşq mərkəzi – 302 min 753 mnat
Futbol akademiyası – 161 min 652 manat
Binə stadionu – 71 min 974 manat
Ağsu stadionu – 66 min 195 manat
Bakcell arena – 111 min 759 manat

Toplam: 2 milyon 50 min 893 manat

Azərbaycan futbol klublarına UEFA tərəfindən ayrılan vəsaitlər:

“Qarabağ” – 12 milyon 324 min 696 manat
“Neftçi” – 1 milyon 563 min 39 manat
“Qəbələ” – 706 min 196 manat
“Səbail” – 543 min 509 manat
“Zirə” – 104 min 717 manat
“Sumqayıt” – 104 min 717 manat
“Sabah” – 104 min 717 manat

Toplam: 15 milyon 451 min 591 manat.

Həmin kateqoriyadan