AFFA-nın növbədənkənar konfransı

Bu gün “Bulvar oteldə” AFFA-nın növbədənkənar konfransı keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin salamlama nitqindən sonra söz Elxan Məmmədova verilib. Baş katib yetərsayın olduğunu və qərar qəbul etmək səlahiyyətinə malik olduğunu deyib.

Gündəlikdə olan “AFFA-nın nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər” barədə ətraflı məlumat vermək üçün hüquq şöbəsinin rəhbəri Günay Zamanlıya söz verilib. Nizamnaməyə əlavə və dəyişikliklərlə əlaqədar çıxış başa çatdıqdan sonra, icraiyyə komitənin üzvü Firudin Qurbanov məsələ ilə bağlı təkliflərini səsləndirib. Digər təklif və sual olmadığı üçün məsələ səsə qoyulub və nizamnaməyə əlavə və dəyişikliklər yekdilliklə qəbul olunub.

Növbədənkənar konfrans başa çatdıqdan sonra, AFFA icraiyyə komitəsinin iclası, ardınca Elxan MəmmədovGünay Zamanlının iştirakı ilə mətbuat konfransı keçirilib.

Kamran HACI

Həmin kateqoriyadan