- Baxış sayı: 48
- 06 Mart 2026 22:52
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

Serbiyanın Belqrad şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.
Allsport.az xəbər verir ki, konfransda AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin əməkdaşları da iştirak ediblər.
Tədbir zamanı aşağıdakı mövzular müzakirə olunub:
• Ötən lisenziyalaşdırma mövsümünün icmalı;
• Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi;
• Klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər;
• UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;
• Klubların lisenziyalaşdırılmasında hüquqi məsələlər;
• Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.