- Baxış sayı: 32
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 92
- Noyabr 28, 2024
- 0
Azərbaycan premyer liqasının oyunlarını idarə edən 10 baş hakimə və 15 köməkçiyə peşəkar statusu veriləcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı həmin hakimlərin hər biri ilə müqavilə imzalanacaq.
Peşəkar hakim statusuna malik olan referilərə, oyunlara təyinat alıb-almamalarından asılı olmayaraq, aylıq 1 000 manat (gross), referi köməkçilərinə isə 700 manat (gross) məvacib ödəniləcək. Onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.
Peşəkar statusu daşıyan hakimlər digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.
Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər. Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum ediləcək və oyunlara təyinat alacağı təqdirdə, ona yalnız qonorar ödəniləcək.
Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərarı hakimlər komitəsi verəcək. Zərurət olacağı təqdirdə, AFFA prezidenti və ya icraiyyə komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.
Hakimlərə peşəkar statusunun verilməsi, onların statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə hakimlər komitəsi mütəmadi qaydada baxacaq, bununla bağlı ictimaiyyətə şəffaf məlumat verəcək.