- Baxış sayı: 41
- 20 Mart 2026 17:17
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

AFFA prezidenti Rövnəq Abdullayev Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində baş məşqçisi Robert Prosineçki ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Apellyasiya Arbitraj Tribunalının sədri Muxtar Babayev, texniki direktor Bernhard Lippert və Apellyasiya Arbitraj Tribunalının üzvü Murad Heydərov iştirak ediblər.
Robert Prosineçki “ay-ulduzlular”ımızın hazırlığı barədə məlumat verib, komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü deyib. AFFA prezidenti dünya çempionatının seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda millimizin qələbə qazanacağına ümidvar olduğunu bildirib, komandaya uğurlar arzulayıb.