AFFA uğursuz serbiyalı baş məşqçini vəzifədə saxladı

AFFA-nın icraiyyə komitəsinin videokonfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, üzvlər Elşad Nəsirov, Elxan Məmmədov, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Fərid Mansurov və Könül Mehdiyeva iştirak ediblər. Müzakirələrdən əvvəl 2-ci Vətən müharibəsində, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 

1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və premyer liqada iştirak üçün klubların lisenziyalaşdırma qaydaları təsdiq olunsun. 

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında uzadılsın (məşqçilərin yaş qruplarında fəaliyyəti pandemiya ilə əlaqədar UEFA tərəfindən müxtəlif turnirlərin ləğv olunması və ya təxirə salınması barədə qərarlara müvafiq şəkildə tənzimlənəcək və müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək): – Milan Obradoviç- Samir Əliyev- Elxan Abdullayev- Miloş Velebit-Aqil Nəbiyev

3. AFFA-nın növbəti konfransı 2021-ci il yanvarın sonu, fevralın əvvəlində videokonfrans formatında keçirilsin.

Həmin kateqoriyadan