Afrikada ilin futbolçusu adına 10 namizəd

Afrika futbol konfederasiyası (CAF) ilin ən yaxşı oyunçusu mükafatına namizədlərin siyahısını təqdim edib.

Allsport.az xəbər verir ki, siyahıya 10 futbolçu daxil edilib:

Amin Quiri (Əlcəzair, “Renn”), Edmond Tapsoba (Burkina Faso, “Bayer Leverkuzen”), Simon Adinqra (Fil Dişi Sahili, “Brayton”), Şansel Mbemba (Konqo, “Marsel”), Sehru Girassi (Qvineya, “Borussiya Dortmund”), Əşrəf Hakimi (Mərakeş, PSJ), Sofian Raimi (Mərakeş, “Əl-Ayn”), Ademola Lukman (Nigeriya, “Atalanta”), Uilyam Ekong (Nigeriya, “Əl Xolud”), Ronven Uilyams (Cənubi Afrika, “Mamelodi Sandaunz”).

Mükafatlandırma mərasimi dekabrın 16-da Mərakeşin paytaxtı Mərakeşdə keçiriləcək.

Həmin kateqoriyadan