Aftandil Hacıyev: Çoxdandır ki, belə 2-ci yarı görmürdük

“Səbail” premyer liqasının 25-ci turunda səfərdə “Sumqayıt”ı 2:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev bunu söyləyib:

“Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda səhvlərimizdən rəqib yararlanmağı bacardı.

Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdandır ki, belə 2-ci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq.

Həmin kateqoriyadan