Aftandil Hacıyev: “Futbolçularda ruh düşkünlüyü oldu”

Premyer liqanın 1-ci turunda evdə “Zirə”yə 1:2 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev açıqlama verib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Maraqlı oyun izlədik. Hər iki komanda çox qol epizodları yaratdı. Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi. İkinci hissədə qolu tez buraxdıq. Futbolçularda ruh düşkünlüyü oldu. “Zirə”nin heyəti bizdən qat-qat genişdir. Bunu hiss etdirməməyə çalışdıq. Bəzi oyunçularımızda təcrübə çatmadı, bu da meydanda öz sözünü dedi”.

Həmin kateqoriyadan