- Baxış sayı: 14
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 74
- Noyabr 28, 2024
- 0
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın IV turu çərçivəsində baş tutan “Qəbələ”-“Səbail”(5:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
Allsport.az xəbər verir ki, o, bunları deyib:
“Danışılası çox şey yoxdur. “Qəbələ” meydanda bütün komponentlərdə bizi üstələdi. Hesab da oyunu əks etdirir. Qalibiyyətlərə baxmayaraq hər tur olduqca ağır keçir. Futbolçuları oyunlara hazırlamaq olduqca çətindir. Bu gün təbii ki istəmədiyimiz məğlubiyyətlə üzləşdik. Çempionatda belə məğlubiyyətlər olacaq. Bizim üçün belə məğlubiyyətlər gözləniləndir.
Stabil oynamağımız üçün bir çox amil çatışmır. Rəqiblərdən geri qalsaq da, bəhanə gətirmək istəmirəm. “Qəbələ” bizi tam üstələdi və layiqli qələbə qazandı. Biz isə növbəti görüşü düşünməliyik. Oyunçularımızın bir çoxu premyer liqada oynadığını dərk etməlidir. Bu, hər oyunçu üçün ciddi sınaqdır. Ancaq bu sınaqdan üzüağ çıxmaq lazımdır, bu gün bunu bacarmadılar”.