Aftandil Hacıyev: “Nəticə baxımından çox şey gözləmirik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 3-cü turunda səfərdə “Sumqayıt”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Baxımlı oyun oldu. Həqiqətən, meydanda sürət də var idi. İkinci hissədə komandalarda yorulmalar hiss olundu. Oyunun çox hissəsi maraqlı keçdi. İlk hissədə buraxdığımız səhvlər nəticəyə təsir etdi. Rəqib haqda xoş sözlər deyə bilərəm. Bizdən daha hazırlıqlıdırlar. Çempionatda xüsusi oyun üslubu olan komandadır.

Hər oyunda qol imkanları yarada bilirik. Bu gün komandamızda çatışmayan cəhətlər var ki, onlardan biri də itkilərimizin olmasıdır. Rahid Əmirquliyev zədəlidir, Ruslanı risk edib oynatdıq, Əfran da tam hazır deyil. Nəticə baxımından çox şey gözləmirik. Heyətimizdə gələcəyi daha yaxşı olacaq futbolçular var. Amma təcrübəsizdirlər. Çalışırıq ki, onlara daha çox fürsət verək. Nəticə istədiyimiz kimi olmasa da, gəncləri qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan