- Baxış sayı: 18
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 20-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 0:4 hesabı ilə uduzduğu oyunu şərh edib:
“Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir. Bu oyunu 3 hissəyə bölmək lazımdır. İlk yarıda çox yaxşı oynadıq. “Neftçi”nin qapısına penalti təyin olunmalı idi. 65-ci dəqiqədən sonra meydanda sadəcə, rəqib vardı.
Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədəki oyunumuzdur. “Neftçi” futbolçularının ustalığı özünü göstərdi. Bu günə qədər ən ağır qrafiklə oynayan komanda “Səbail”dir. Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq”.