- Baxış sayı: 18
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 20-ci turunda evdə “Zirə”yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Allsport.az xəbər verir, ki 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib
“Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matçı iki hissəyə bölərdim. İlk yarıda təşəbbüsə sahib olduq. Fasilədən sonra rəqib üstünlüyə yiyələndi. Oyundan razıyam, hesabdan yox. Elçin Rəhimli ilk hissədə yaxşı oynadı. Onu gec əvəzlədiyimi düşünmürəm.
Rəqib praktiki olaraq bütün qol şanslarından istifadə etdi. Hər oyunu yüksək səviyyədə keçirmək mümkün deyil. Fasiləyədək epizodlarımızı gerçəkləşdirə bilsəydik, ikinci 45 dəqiqə fərqli bir istiqamətdə keçərdi”.