Aftandil Hacıyev: “Qalib gələ bilərdik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 finalnın “Zirə” ilə cavab matçından (0:1) sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Oyun barədə yalnız onu deyə bilərəm ki, rəqib bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, qalib gələk. Epizodlarımız da oldu, onları qola çevirə bilsəydik, qalib gələ bilərdik. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə deyil, 120 dəqiqə çox yaxşı mübarizə apardılar”.

Həmin kateqoriyadan