Aftandil Hacıyev: “Qarabağ”ın əsəbləri ilə oynamağı bacardıq”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 15-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Maraqlı oyunun şahidi olduq. Fasilədən sonra ilk oyun çətin olur. Çalışdıq ki, müdafiədə az səhv edək. Rəqibin təcrübəli futbolçuları öz fərdi bacarıqlarından yaxşı istifadə etdi. İlk hissədə 2-3 qol imkanımız da oldu.

Rəqib təzyiqi artıranda səhvlər də başladı. Geniş heyətə sahib komandaya qarşı oynadıq. Bu matçı unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq. Bu gün “Qarabağ”ın əsəbləri ilə oynamağı bacardıq. Qol da vura bilərdik”.

Həmin kateqoriyadan