Aftandil Hacıyev: “Keşlə”nin boşluqlarını bilirdik”

Premyer liqada 16-cı turun “Keşlə” – “Səbail” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Qol epizodları oldu. Bu mövsüm fərqli “Keşlə” görürük. Həm az qol buraxır, həm də nəticəyə oynayır. Biz də rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, hansı boşluqlar var. Uşaqlar bu plan üzrə oynadılar.

İlk hissədə istədiyimiz kimi oynadıq, qol vura bilmədik. Ümumilikdə yaxşı çıxış etdik. Rəqibin heyətində təcrübəli oyunçular var. Amma komandamız getdikcə oyununu yaxşılaşdırır. Buna baxmayaraq, baş verənlərin təsiri olur. Dəyişikliklər zamanı uyğunlaşma üçün zamana ehtiyac yaranır”.

Həmin kateqoriyadan