Ağ Evdə Ronaldunun FOTO-su

ABŞ Prezidenti Donald Trampın portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə şəklini Ağ Evin divarından asıb.

Allsport.az xəbər verir ki, bu maraqlı məqam futbolçunun 2025-ci ilin noyabrında Vaşinqtona səfərindən sonra reallaşıb.

Həmin görüşdə prezident Ronaldunu oğlu Barronun böyük pərəstişkarı olduğu üçün xüsusi qonaq qismində qəbul etmişdi.

Səfər zamanı Tramp Ronalduya Ağ Evin “qızıl açarını” hədiyyə etmiş, futbolçu isə dövlət başçısına imzalı köynəyini təqdim etmişdi.

Həmin kateqoriyadan