- Baxış sayı: 191
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 191
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin hədəfində olan “Panatinaikos”un yarımmüdafiəçisi Dimitris Kolovos karyerasını Moldovanın “Şerif” klubunda davam etdirəcək. Allsport.az xəbər verir ki, Tiraspol təmsilçisi 27 yaşlı futbolçunu 1 illik icarəyə götürdüyünü açıqlayıb.
Yunanıstan millisinin üzvü 2019-cu ildən “Panatinaikos”da çıxış edir. O, ölkəsində “Olimpiakos”, “Panionios”, Kiprin “Omoniya”, Belçikanın “Mexelen” və Niderlandın “Villem II” klublarının da formasını geyinib.