- Baxış sayı: 22
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 809
- Mart 30, 2026
- 0

“Neftçi” Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, bu, premyer liqada 2020/21 mövsümünün 1-ci turuna təsadüf edib.
Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn Bakı klubu yubiley qələbəsinə sevinib. 1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb. Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 265 dəfə doğma meydandan qalib ayrılıb.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıt “Xəzər”inə 1:0 hesabı ilə qalib gəlib.