- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Qismət Alıyev “Zirə”də qol hesabını açıb. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 12-ci turunun “Sumqayıt”la oyununda (2:2) fərqlənib. Yarımmüdafiəçi “qartallar”ın heyətində keçirdiyi 7-ci matçda ilk qolunu vurub. Futbolçu klub tarixinə premyer liqada qol sevinci yaşayan 46-cı futbolçu kimi düşüb. Onadək komandanın 45 üzvü rəqib qapılarına yol tapıb.
“Zirə”nin digər qolunun müəllifi Ağabala Ramazanov isə rekorda edib. O, ən yaxşı yerli bombardiri olub. “Qartallar”la 12-ci matçına çıxan hücumçu 7-ci dəfə fərqlənib. Komandanın kapitanı bununla da 6 qol vuran Vüsal İsgəndərlini arxada qoyub.