- Baxış sayı: 54
- 26 Mart 2026 12:23
- Baxış sayı: 105
- Mart 27, 2026
- 0

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa həndbol federasiyasından daha bir təyinat alıblar.
Allsport.az saytı xəbər verir ki, onlar kişilər arasında Avropa kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Bosniya və Herseqovinanın “İzvidac” və Çex Respublikasının “Karvina” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.
Qarşılaşma martın 29-da Lübuşki şəhərinin eyni adlı idman zalında təşkil olunacaq.