- Baxış sayı: 10
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın futbolçusu Sənan Ağayev mövsümün rekorduna nail olub. Allsport.az xəbər verir ki, o, cari çempionatda premyer liqada meydana çıxan ən gənc oyunçu olub.
2004-cü il iyunun 16-da anadan olan yarımmüdafiəçi “Səbail”lə ev matçının 90+2-ci dəqiqəsində debüt fürsəti qazanıb.
O, 16 yaş 242 günlüyündə premyer liqada ilk qarşılaşmasını keçirib. Sənan Ağayevə qədər mövsümün rekordu Cəlal Hüseynova məxsus idi. “Zirə”nin müdafiəçisi 17 yaş 297 günlüyündə meydana çıxmışdı.